03 Sentyabr 2018 16:32
343
SİYASƏT
A- A+

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları başa çatıb


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsinə dair illik əmrinə əsasən hərbi qulluqçular arasında təşkil olunan növbəti səmti müəyyənetmə yarışları başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək bacarıqlarını sınayaraq fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparıblar.

Yarışların yekunlarına əsasən keçirilən mükafatlandırma mərasimi xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev bu yarışların hərbi qulluqçuların fiziki cəhətdən möhkəm və güclü olmaları baxımından əhəmiyyətindən danışıb.

Yekun nəticələrə əsasən Bakı yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb.

Hərbi Hava Qüvvələrinin "N” hərbi hissəsi ikinci, Beyləqan yığma komandası isə üçüncü yerə layiq görülüb.

Fərdi şəkildə qadın hərbi qulluqçular arasında əsgər Pərvanə Heydərova birinci, çavuş Məryəm Məhərrəmova ikinci, mayor Cəmilə İrəfiyeva üçüncü, kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dair Cumartov birinci, kiçik çavuş Şabud Şabudov ikinci, gizir Sahil Həşimov üçüncü yerə layiq görülüblər.

Yarışın qalibləri fəxri fərman və medallarla təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video