Alternative content

10:57 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qəbələ”nin iki karateçisi İsveçrədə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
“Qəbələ”nin iki karateçisi İsveçrədə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
ANA SƏHİFƏ / İDMAN
15:24 03.09.2018

"Qəbələ” idman klubunun karateçiləri növbəti uğura imza atıblar. Azərbaycan milli komandasının heyətində yer alan Rafael Ağayev və Rafiz Həsənov İsveçrənin Bazel şəhərində keçirilən IX "Open Masters-2018” turnirində fərqləniblər.
AZƏRTAC xəbər verir ki, R.Ağayev 75, R.Həsənov isə 67 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdmançılarımız yarışın qalibi kimi kubokla təltif olunublar.
Xatırladaq ki, Azərbaycan yığması turnirdə, ümumilikdə 11 mükafata yiyələnib. Bunlardan dördü 1-ci, dördü 2-ci, üçü isə 3-cü yer üçün təqdim olunub.