Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:48 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ekspert: Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir
Ekspert: Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:12 03.09.2018

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri Rusiya-Azərbaycan münasibətlərində strateji müttəfiqlik baxımından yeni mərhələnin başlanması kimi xarakterizə olunur. İmzalanan sənədlərdə nəzərdə tutulan fəaliyyətlər, bu fəaliyyətlərə uyğun müəyyənləşdirilmiş prioritetlər, eləcə də strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar onu deməyə əsas verir ki, Rusiya ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlər növbəti dövrdə daha da inkişaf edəcək. Bu, hər iki ölkənin iqtisadi maraqları baxımından çox vacibdir.

Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, səfər çərçivəsində region üçün kifayət qədər əhəmiyyətli sənədlər imzalanıb: "Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Rusiya müstəqil dövlətlər kimi öz milli maraqlarını qoruyaraq bu anlaşmaları imzalayıb. Bu müqavilələr hər iki dövlətin maraqlarına uyğun sənədlərdir. Şimal-Cənub nəqliyyat dəhlizi regionun əhəmiyyətini artıran layihə kimi qiymətləndirilir. Bu dəhlizin reallaşdırılması Rusiyadan başlayaraq yüklərin Hindistana qədər nəql edilməsinə imkan verəcək. Eyni zamanda, gömrük və digər sektorlarda əməkdaşlıq iki ölkənin gələcəkdə strateji müttəfiqliyinin genişləndiriməsinə xidmət edəcək sənədlərdir”.

"Rusiya iqtisadi baxımdan Azərbaycan üçün strateji müttəfiqlərdən biridir. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşdır. Azərbaycanın 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki, Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracı təxminən yarım milyard dollardır. Azəbaycanın ixrac etdiyi aqrar məhsulların 90 faizdən çoxu Rusiya bazarına göndərilir. Nəticədə Rusiya qeyri-neft, eləcə də aqrar məhsulların ixracında əsas tərəfdaş rolunu qoruyub saxlamaqdadır. Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir. Azərbaycanın Rusiyada sərmayəsi var. Rusiya Azərbaycan iqtisadiyyatına sərmayə yönəldən ölkələrdən biridir. Dövlət Neft Fondu Rusiya bazarında sərmayə qoyuluşları həyata keçirir”, - deyə V.Bayramov deyib.

Ölkələrimiz arasında münasibətlərin yalnız dövlət səviyyəsində deyil, şirkətlər səviyyəsində də inkişaf etməkdə olduğunu deyən eskpert vurğulayıb: "Prezidentlərin sonuncu görüşündə SOCAR-la şirkətlərarası müqavilənin imzalanması strateji əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsindən xəbər verir. Bu səfər onu göstərir ki, Azərbaycan həm inkişaf etmiş Avropa ölkələri ilə, həm Rusiya ilə bərabərsəviyyəli strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq Azərbaycanın milli və iqtisadi strateji maraqları çərçivəsində reallaşıb”.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM