Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

18:05 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SOCAR: Şirkət üzrə neftin və qazın maya dəyərləri artıb
SOCAR: Şirkət üzrə neftin və qazın maya dəyərləri artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:04 03.09.2018
Ötən il SOCAR üzrə 1 ton neftin istehsal maya dəyəri 111,42 manat, 1000 kubmetr qazın dəyəri isə 62,19 manat olub.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2017-ci il üzrə illik hesabatında bildirilir.
Qeyd edilir ki, SOCAR üzrə neftin və qazın maya dəyəri yalnız şirkətin tərkibində olan neft və qazçıxarma idarələri üzrə araşdırılır. 2017-cı ildə 1 ton neftin istehsal maya dəyəri 111,42 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,61 manat və ya 13,9 faiz artıb. Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1 faiz, əməkhaqqı xərcləri 14,5 faiz, sosial sığorta fonduna ayırmalar 2,9 faiz, amortizasiya ayırmaları 17,2 faiz, təmir xərcləri 6,9 faiz, əsas vəsaitlərə texniki xidmət 12,1 faiz, nəqliyyat xərcləri 16,4 faiz, mədən vergisi 8,9 faiz və sair təşkil edir.
2017-ci ildə 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 62,19 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 15,42 manat və ya 33 faiz artıb. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,8 faiz, əməkhaqqı xərcləri 8,4 faiz, sosial sığorta fonduna ayırmalar 1,7 faiz, amortizasiya ayırmaları 26 faiz, təmir xərcləri 5,9 faiz, əsas vəsaitlərə texniki xidmət 10,5 faiz, nəqliyyat xərcləri 15,7 faiz, mədən vergisi 17,4 faiz və sair olub.
SOCAR üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2016-cı illə müqayisədə 15,42 manat (33 faiz) artıb. Şirkət üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə əməliyyat şirkətlərindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2017-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 163,7 manat təşkil edib.
"Şirkət üzrə neftin və qazın maya dəyərləri artıb. Neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, yanacaq xərclərinin, elektrik enerjisinin, əməkhaqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin artması hesabına baş verib. Belə ki, material xərcləri 785 min manat (3,4 faiz), elektrik enerjisi 2310 min manat (27,2 faiz), yanacaq xərcləri 142 min manat (16,6 faiz), əməkhaqqı xərcləri 3433 min manat (3,2 faiz), sosial sığorta xərcləri 551 min manat (2,5 faiz), əsas vəsaitlərin amortizasiyası 10083 min manat (8,3 faiz), əsaslı təmir və texniki xidmət xərcləri 64188 min manat (78,6 faiz), nəqliyyat xərcləri 7708 min manat (6,5 faiz), digər vergilər 2953 min manat (8,1 faiz) artıb. Qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əmək haqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, material xərcləri 580 min manat (7,1 faiz), əməkhaqqı xərcləri 1116 min manat (4,4 faiz), sosial sığorta xərcləri 193 min manat (3,8 faiz), əsas vəsaitlərin amortizasiyası 6287 min manat (8,3 faiz), əsaslı təmir və texniki xidmət xərcləri 23806 min manat (85,1 faiz), nəqliyyat xərcləri 5373 min manat (12,1 faiz), mədən vergisi 20637 min manat (60,4 faiz), digər vergilər üzrə 954 min manat (9 faiz), digər xidmətlər üzrə xərclər 1142 min manat (10,3 faiz) artıb”, - deyə hesabatda qeyd olunur.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM