Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:36 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Rusiya siyasi, hərbi, iqtisadi və digər sahələrdə əməkdaşlığa böyük önəm verir
Azərbaycan ilə Rusiya siyasi, hərbi, iqtisadi və digər sahələrdə əməkdaşlığa böyük önəm verir
ANA SƏHİFƏ / SİYASƏT
12:47 03.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, bu iki ölkə siyasi, hərbi, iqtisadi və digər sahələrdə əməkdaşlığa böyük önəm verir. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrin aparılması gözlənilən idi. Belə ki, Azərbaycanın xarici siyasət kursunun əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında analitik-icmalçı Ehtiram Aşırlı deyib. O bildirib ki, dövlətimizin başçısı xarici ölkələrə, xüsusən də, Rusiyaya etdiyi səfərlər çərçivəsində, ilk növbədə, Dağlıq Qarabağ məsələsinə toxunub. Soçi görüşü zamanı da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr diqqət mərkəzində olub. Xüsusilə, Rusiya dövlətinin başçısı Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlər səsləndirməsi diqqətəlayiqdir. Belə ki, Vladimir Putin də artıq çox gözəl başa düşür ki, işğalçı ölkə olan Ermənistan bu münaqişənin həllinə dair konkret addımlar atmaq istəmir və status-kvonun qorunub saxlanılmasına çalışır. Həmçinin V.Putinin açıqlamasından bunu başa düşə bilərik ki, münaqişənin həlli istiqamətində Rusiya tərəfi səylərini daha da artıracaq və böyük ehtimalla ATƏT-in Minsk qrupu çərçivəsində Rusiyanın rəhbərliyi ilə münaqişənin həllinə dair tez-tez görüşlər keçiriləcək.

Azərbaycan Prezidenti iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq əlaqələrinə toxunaraq deyib: "Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.

Prezidentimizin bu açıqlaması onun göstərir ki, Azərbaycan hər zaman Rusiya ilə hərbi-texniki əməkdaşlığa önəm verir. Yaxın gələcəkdə bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. Xüsusilə, yeni texnikaların və silahların alınması barədə iki ölkə arasında müəyyən razılıqlar əldə oluna bilər. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putini ölkəmizə rəsmi səfərə dəvət etdi və ehtimal olunur ki, bu səfər çərçivəsində iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığa dair yeni anlaşmalara imza atıla bilər.

Görüş zamanı ölkələrimiz arasında enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra vacib sənədlər imzalanıb. Rusiya və Azərbaycan "Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlarına dair bəyanatla çıxış ediblər. Beləliklə, "Rosneft” və SOCAR arasında müqavilə imzalanıb. Bu ondan xəbər verir ki, Xəzərin hüquqi statusuna dair imzalanmış yeni Konvensiya çərçivəsində gələcəkdə Azərbaycan və Rusiya arasında genişmiqyaslı enerji layihələri həyata keçiriləcək.

Onu da qeyd etmək yerinə düşər ki, yaxın zamanlarda Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması istiqamətində vacib addımlar atılacaq. Bu baxımdan, qarşılıqlı olaraq yeni investisiyaların yatırılması məsələsinin gündəmə gəlməsi ehtimalı yüksəkdir.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM