Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:52 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının İcraiyyə Komitəsinin üzvləri Tehranda toplaşıblar
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının İcraiyyə Komitəsinin üzvləri Tehranda toplaşıblar
ANA SƏHİFƏ / SİYASƏT
10:24 03.09.2018
Sentyabrın 2-4-də İran İslam Respublikasının paytaxtı Tehranda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclası işə başlayıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun iclasdan əvvəl Monqolustanın "Montsame” Milli Xəbər Agentliyinin informasiya texnologiyaları və istehsalı şöbəsinin müdiri Onan Daşdorj, Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nguyen Duk Loi, İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşemi və Koreya Respublikasının Yonhap Agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinhyunq ilə görüşləri olub.
Görüşlərdə AZƏRTAC-ın sədrliyi dövründə OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Agentliyin irəli sürdüyü bir sıra təkliflər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin OANA-nın daimi katibliyinin, təlim akademiyasının, qurumun maliyyə vəsaitinin düzgün yönləndirilməsi üçün komissiyanın yaradılmasının, foto və digər müsabiqələrin keçirilməsinin vacibliyi barədə razılığa gəlinib.
Monqolustanın "Montsame” Milli Xəbər Agentliyinin şöbə müdiri Onan Daşdorj 2021-ci ildə "Montsame”nin 100 ilik yubileyinin qeyd olunacağını bildirib və bununla əlaqədar OANA-nın İcraiyyə Komitəsinin toplantısının 2020-ci ildə Ulan-Batorda keçirilməsini kömək göstərilməsini xahiş edib.
Vyetnam Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi ilə keçirilən görüşdə AZƏRTAC ilə VNA agentliyi arasında qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilib. Nguyen Duk Loi bildirib ki, Vyetnam hökuməti OANA-nın İcraiyyə Komitəsinin toplantısının 2019-cu ildə Xanoyda keçirilməsini təklif edir.
İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşimi ilə görüşdə 2022-ci ildə bu agentliyin OANA-nın prezidentliyinə namizədliyinin irəli sürməsi məsələsi müzakirə edildi. Seyid Ziya Haşimi əmin olduğunu bildirib ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti bu məsələdə onlara dəstək verəcək.
Sonra Aslan Aslanov Koreya Respublikasının Yonhap agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru Kim Jinhyunq ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Xanim Kim Jinhyunq 2019-cu ildə OANA-nın Baş Assambleyasının Seul şəhərində keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü bildirib.
Görüşlərdə OANA-nın prezidentinin təkliflərinin qurumun fəaliyyətinin həqiqətən təkmilləşdirlməsinə böyük töhfə verəcəyi vurğulanıb və irəli sürülən bu təkliflərin iclasda dəstəklənəcəyi qeyd olunub.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM