Alternative content

04:09 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyada helikopter qəzaya uğrayıb
Rusiyada helikopter qəzaya uğrayıb
ANA SƏHİFƏ / DÜNYA
10:09 03.09.2018
Rusiyanın İrkutsk vilayətində "Anqara” aviaşirkətinə məxsus "Mi-8” helikopteri qəzaya uğrayıb.

AZƏRTAC Rusiya FHN-nin saytına istinadla xəbər verir ki, helikopter Ust-Kuta şəhərindən Kunerma şəhərində geoloji kəşfiyyat işləri ilə məşğul olan insanları daşımaq üçün havaya qalxıb. Lakin helikopter təyinat yerinə çatmayıb.

Xilasedicilər helikopterin qalıqlarını tapıblar. Heyətin marşrutdan yayındığı ehtimal olunur. Rusiya Tədqiqat Komitəsi araşdırma aparır.