Alternative content

17:33 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avqust ayında ANAMA 1192 partlamamış hərbi sursat və tank əleyhinə 7 mina zərərsizləşdirib
Avqust ayında ANAMA 1192 partlamamış hərbi sursat və tank əleyhinə 7 mina zərərsizləşdirib
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:28 02.09.2018
Avqust ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Biləsuvar, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, Lənkəran, Masallı, Tərtər rayonlarında və Gəncə şəhəri ərazisində 538 min 518 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 1192 ədəd partlamamış hərbi sursat və 7 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlara 483 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 530 milyon 54 min 169 kvadratmetr ərazi təmizlənib, 798 min 295 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
Avqustda Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi” Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin hər birindən 10 müraciət daxil olub. Müraciətlər əsasında 7610 kvadratmetr ərazi təmizlənib. İyirmi ədəd partlamamış hərbi sursat və altı ədəd tank əleyhinə mina aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ötən ay bir mina hadisəsi qeydə alınıb, nəticədə iki mülki vətəndaş bədən xəsarətləri alıb.