Alternative content

05:08 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında sarsılmaz münasibətlər bütün regionda təhlükəsizliyin əsasıdır
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında sarsılmaz münasibətlər bütün regionda təhlükəsizliyin əsasıdır
ANA SƏHİFƏ / SİYASƏT
17:22 02.09.2018
Sentyabrın 1-də Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında olduqca mühüm mərhələdir. Göz qabağındadır ki, iki dövlətin liderləri arasında şəxsi səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir.
Bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, ölkələrimiz arasında əmtəə mübadiləsinin artması xarici iqtisadi qarşılıqlı əlaqələrin inkişafının böyük potensialını nümayiş etdirir. Bu yaxınlarda Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş Konvensiya birgə müəssisələrin yaradılması, birgə layihələrin icrası üçün yeni imkanlar açıb.
"Siyasi zəmin də çox vacibdir – olduqca mürəkkəb xarici siyasi şəraitdə biləndə ki, böhranlı vəziyyətdə qardaş xalqlar hər zaman çiyin-çiyinə duracaq, onda kollektiv Qərb tərəfdən xarici təzyiqə qarşı müqavimət göstərmək xeyli asan olur. Rusiya ilə Azərbaycan arasında sarsılmaz münasibətlər bütün regionda təhlükəsizliyin əsasıdır. Buna görə də bu məsələ prezidentlərin Soçi görüşündə diqqət mərkəzində idi”, - deyə rusiyalı deputat bildirib.