Alternative content

21:49 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bişkekdə Türk Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Bişkekdə Türk Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
22:58 02.09.2018
Sentyabrın 2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Qırğızıstan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri Erlan Abdıldayev, Mövlud Çavuşoğlu, Kayrat Abduraxmanovo, Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov iştirak ediblər. İlk dəfə olaraq Şuranın iclasına fəxri qonaq qismində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da qatılıb.
İclas Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.
Şuranın iclasında sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində müzakirə ediləcək məsələlərə baxılıb.
Tədbirdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər türk institutlarının gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə Türk Akademiyasını, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sazişlər imzalanıb.
İclasda, həmçinin Macarıstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi ilə bağlı qərar da qəbul edilib.


Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek