Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:09 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müstəqil siyasət kursu Azərbaycanın etibarlı tərəfdaş mövqeyini möhkəmləndirib
Müstəqil siyasət kursu Azərbaycanın etibarlı tərəfdaş mövqeyini möhkəmləndirib
ANA SƏHİFƏ / SİYASƏT
12:09 02.09.2018

 

Ölkəmiz dünya birliyində sözünü qətiyyətlə deyir, milli maraqlarını prinsipiallıqla qoruyur

 

Sabit və uğurlu inkişafı ilə dünya düzənində özünəməxsus yer tutan Azərbaycan həm də tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır.
Cənubi Qafqaz regionu və onun ən perspektivli ölkəsi olan Azərbaycan qlobal, regional və regiondan kənar qüvvələrin böyük diqqət mərkəzində saxladığı məkandır. Bu baxımdan, son illərdə ölkəmizin rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Bu gün qlobal və regional səviyyədə geosiyasi gücə çevrilməyə çalışan hər hansı bir dövlət regionun qabaqcıl ölkəsi olan Azərbaycanla mövcud olan münasibətlərini daha da gücləndirməyi prioritet məsələ hesab edir.

 

Bərabərhüquqlu, konstruktiv münasibətlər

 

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Dövlət başçısı Azərbaycanı qüdrətli ölkəyə çevirmək məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də mühüm addımlar atır.
Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirib. Tarix sübut edir ki, iqtisadi müstəqilliyini təmin edə bilməyən ölkələr tezliklə hansısa təşkilatlardan, dövlətlərdən aldıqları yardımlara görə forposta çevrilirlər. Bu da həmin ölkələrin tam müstəqil siyasət yürütmələrini konkret olaraq məhdudlaşdırır.
Lakin İlham Əliyevin yaratdığı iqtisadi müstəqillik Azərbaycanı etibarlı tərəfdaşa, böyük nüfuza malik olan bir ölkəyə çevirib. Azərbaycanın həm də bir çox ölkələrlə bərabərhüquqlu, konstruktiv münasibətləri mövcuddur.

 

Dünya birliyi üçün açıq ölkəyə çevrilən Azərbaycan

 

Prezident İlham Əliyevin son 15 il ərzində yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan hər keçən gün tərəfdaşlarının sayını artırır və demək olar ki, dünya birliyi üçün açıq ölkəyə çevrilir.
Bu, bir həqiqətdir ki, dövlət başçısı ötən 15 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Dünyanın siyasi liderləri arasında böyük nüfuz qazanmış İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyasının prioritet istiqamətini nüfuzlu dövlətlərlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq, çoxvektorlu əməkdaşlıq təşkil edir.
Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını lazımi səviyyədə təqdim etməklə, Cənubi Qafqazın lider dövləti statusunu qoruyub saxlayır. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur.
Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəldir, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaradır.

 

Beynəlxalq təşkilatlarla münasibətlər yeni mərhələyə qədəm qoyub

 

Təkcə son 8 ayda ölkəmizə səfər edən dövlət və hökümət başçıları ilə Prezident İlham Əliyevin keçirdiyi görüşlərə, verilən bəyanatlara nəzər yetirsək, aydın şəkildə görərik ki, Azərbaycan dövlətinin yürütdüyü tam müstəqil siyasət respublikamızın nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib.
Eləcə də İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.
Yanvar ayında Dünya İqtisadi Forumunda iştirak edən dövlət başçısı burada keçirilən interaktiv iclaslarda bir daha Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. İyul ayında Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədin paraflanması, NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi isə bir daha təsdiq etdi ki, beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır və bu da əlbəttə ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir.

 

Avropa İttifaqı üçün mühüm ölkə

 

İyul ayında isə İlham Əliyevin Avropa İttifaqının əsas güc sahibləri olan İtaliya və Fransa prezidentləri ilə keçirdiyi görüşlər, imzalanan yeni sənədlər Azərbaycanın bu ölkələrlə münasibətlərini daha da möhkəmləndirmiş oldu.
Öncə iyulun 18-də İtaliya Prezidenti Sercio Mattarella bu ölkənin Azərbaycana səfər edən ilk Prezidenti kimi adını iki dövlətin siyasi tarixinə yazdırdı. İki gün sonra Azərbaycanın dövlət başçısı Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər etdi. Avqustun 25-də isə Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel ölkımizdə birgünlük səfərdə oldu.
Beləliklə, son 2 ay ərzində Avropanın üç böyük dövləti ilə Azərbaycanın mövcud münasibətləri bir qədər də şaxələndi. İmzalanan yeni müqavilələr iqtisadi münasibətlərin daha da dərinləşməsinə real zəmin yaratdı.
Federal Kansler Angela Merkel Bakı səfərində Azərbaycanın bugünki durumunu dəyərləndirərkən bildirdi ki, respublikamız Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir. Azərbaycan az bir zamanda çox sürətli inkişafa nail olub.
Azərbaycan dünyanın 180-ə yaxın ölkəsi ilə diplomatik münasibətlər qurub. Bu münasibətlər xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiya təsis etməsi fonunda baş verib. Hazırda Bakıda 53 səfirlik, 4 baş konsulluq, 12 fəxri konsulluq və 12 beynəlxalq təşkilatın daimi nümayəndəliyi fəaliyyət göstərir.
Əlbəttə ki, bütün bunlar tam müstəqil siyasətin yaratdığı reallıqdır. Məhz bu siyasət həm Azərbaycanın beynəlxalq birlikdəki mövqeyini gücləndirir, həm də onun liderinin nüfuzunu hər keçən gün daha da yüksəldir və təsdiqləyir ki, bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var və bu, bir dövlətin 25 illik müstəqillik yolunun uğur salnaməsi hesab oluna bilər.

 

Daim inkişafa, tərəqqiyə doğru

 

Təhlillər göstərir ki, Azərbaycan regionun geosrateji rolunda aparıcı ölkədir, regional layihələrin əsas təşəbbüskarı və iştirakçısıdır. 15 il ərzində kosmik dövlətlər sırasına daxil olan, qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin nümunəsinə çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə daha da qüdrətli dövlətə çevrilmək istiqamətində inamla addımlayır.
Əlbəttə ki, düzgün seçilən yol ölkəni daim inkişafa, tərəqqiyə aparır. İlham Əliyev isə bu yolu dəyərləndirərkən Azərbaycanın daim doğru yolda olduğunu qətiyyətlə vurğulayır: "Biz düzgün yoldayıq. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq”.
Söz yox ki, bunun əsas səbəbi güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Azərbaycanda bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyin tam şəkildə təmin olunması müstəqil Azərbaycanı beynəlxalq arenada öz sözünü deyən, milli maraqlarını qoruyan dövlətə çevirib.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM