Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:49 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəfər Cabbarlının ikinci ömrü
Cəfər Cabbarlının ikinci ömrü
ANA SƏHİFƏ / Mədəniyyət
12:09 02.09.2018

 

İnsanlar unutmaq istəmədiklərini gözlərinin önündə tutarlar. Baxdıqca xatırlayar, onların missiyalarını dönə-dönə yad edərlər. Azərbaycan tarixində, mədəniyyətində, ədəbiyyatında müstəsna xidmətləri olanların da bir çoxunun abidələri Bakının ən diqqətçəkən məkanlarında ucaldılıb. Şəhərimizə xüsusi görkəm verən bu əzəmətli sənət nümunələrinin arasında onun ayrıca yeri var.

Əllərini sinəsinə çarpazlayıb. Fikirli görünür. Uzaq nötəyə dikilmiş dalğın baxışları qayğılı, bir az da qüssəlidir. Sanki böyük Cəfər Cabbarlı yenə xalqını düşünür. Qismətinə düşən qısa ömür payını da bu yolda sərf etmişdi axı...

 

Çətin taleli abidə...

 

Onun abidəsi elə adını daşıyan meydanında, paytaxtın ən gəlimli-gedimli yerlərindən birindədir. Heykəl o qədər peşəkarlıqla hazırlanıb ki, hər gün iş-güc dalınca qaçan, bir-birlərini görməyə tələsən insanların baxışlarından kənarda qalmır. Ancaq qəhrəmanının - Cəfər Cabbarlının özü kimi bu dəyərli əsərin də taleyi mürəkkəb olub. Bu dünyada cəmi 35 il ömür sürən sənətkarın heykəli 22 ildən artıq müddətə ərsəyə gəlib.
XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında əvəzsiz xidmətlər göstərən görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Cabbarlının 60 illik yubileyinin qeyd olunması ilə əlaqədar onun Bakıda qoyulması nəzərdə tutulan abidəsinin hazırlanması üçün 1959-cu ildə müsabiqə elan edildi. Ölkənin bir çox tanınmış heykəltəraşının iştirak etdiyi müsabiqənin qalibi 35 yaşlı Mirəli Mirqasımov oldu. O, Nizami kinoteatrının arxasındakı kiçik ərazidə ucaldılacaq abidənin bədii-texniki hazırlığına başladı. Ancaq bu işdə Mirəli Mirqasımova müxtəlif maneələr, problemlər yaradıldı. Həvəsdən düşməyən heykəltəraş abidə üzərində işlərini daha məsuliyyətlə davam etdirdi. Qarşılaşdığı problemlər isə bitmək bilmirdi. Bütün bunlar onsuz da fiziki məhdudiyyətləri olan, qulaqları eşitməyən, ürək xəstəliyindən əziyyət çəkən Mirəli Mirqasımovun səhhətinə mənfi təsir göstərirdi. İş əsnasında heykəltəraş iki dəfə infarkt keçirdi. Birinci infarkt müəllif Mərkəzi Komitədəki bir məmurla heykəlin hündürlüyü ilə bağlı mühabisə edərkən baş verdi. O, məmura qətiyyətlə: "Sizin çox böyük vəzifəniz var, amma sənətkar kimi mən necə lazım bilirəmsə, elə də olacaq” - dedi. Müəllifin bu məsələdə mübarizəsi ona ilk infarktı qazandırsa da, arzusuna çatdı. O, növbəti maneələri aradan qaldırmağa çalışdı. Bu dəfə də heykəltəraşın əleyhdarları heykəlin yeri məsələsində problemi kəskinləşdirməyə cəhd göstərdilər. Onlar təkidlə heykəlin indiki yerində yox, Nizami kino teatrının arxasındakı kiçik parkda qoyulmasını tələb edirdilər. Müəllif isə bağın çox kiçik olduğunu və 5.5 metrlik heykəlin ora üçün uyğun gəlmədiyini əsas gətirərək bu məsələyə etirazını bildirirdi.
...Heykəlin hazırlanma mərhələsində heykəltəraşa həyat yoldaşı Gültəkin İsrafilovanın böyük köməyi oldu. Hətta deyirlər ki, o, işin yarımçıq qalmaması üçün öz maaşı ilə heykəltəraşa lazımi alətləri alırdı. Səbəbini soruşanlara fədakar qadının cavabı belə olurdu: "Mirəli Cəfəri öz oğlu kimi bilir, əgər heykəl hazır olmasa, o buna dözməz”.
O günlərdə hekəltəraş üçün ən asan yol işdən kənara çəkilmək olardı. Ancaq Mirəli bunu etmədi. Cəfər Cabbarlının abidəsinin hazırlanması ilə bağlı mübahisələrin, münaqişələrin xəstəxanaya saldığı Mirəli Mirqasımov Gültəkin xanıma deyirdi: "Mən Cəfəri gülünc edə bilmərəm. Mən on il tez, on il gec ölə bilərəm. Heykəl isə xalqındır. Ona baxıb xalqın tarixini, mədəniyyətini yaşadırlar”.
Heykəltəraş ikinci dəfə isə Ukraynanın daş karxanasında yonulan heykəlin 280 ton deyil 140 ton olduğunu görərkən infarkt keçirdi.
Bütün cəhdlərinə baxmayaraq, əsərin "bəxti açılmırdı”. Yalnız Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində heykəl məsələsi bir daha gündəliyə gətirildi. Həmin ildə - 1979-cu ildə Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyevin Mirəli Mirqasımovun emalatxanasında olması məsələlərin müsbət həllinə imkan yaratdı. Cəfər Cabbarlı abidəsi ilə bağlı heykəltəraşın fikirlərini diqqətlə dinləyən ulu öndər əsərin yaradıcı-texniki məsələlərinin tezliklə həllinə göstəriş verdi.
Müəllifin arzularından biri də həyata keçdi, abidənin yerləşdiriləcəyi məkan dəyişdirildi. Cəfər Cabbarlının heykəlinin Dəmiryol vağzalı ilə Neft Akademiyası arasındakı meydanda qoyulması daha məqsədəuyğun hesab olundu. Müəllifin fikri belə idi: "Cəfər Cabbarlı burada oxuyub, Sabunçu vağzalı onun həyat məktəbi olub, qaynar vağzal həyatını burada, pəncərələrdən müşahidə edib...”
Heykəltəraşın abidənin estetik tutumunun gücləndirilməsi üçün bütöv qranit parçasından istifadə edilməsi təklifi də qəbul olundu. Tezliklə onun Ukraynadan gətirilməsi üçün razılıq verildi.

 

Azərbaycanlı generalın sadiq əsgəri...

 

Abidənin gips modeli tamamlanandan sonra heykəltəraş həyat yoldaşı Gültəkin xanımla birlikdə Ukraynanın Novodanilov qranit karxanasına getdi. Orada münasib qranit parçası seçiləndən sonra növbəti problem meydana çıxdı. 280 tonluq qranit abidənin yaxınlıqdakı dəmir yoluna adi mülki nəqliyyat vasitələri ilə daşınması mümkün deyildi. Bu məsələni hərbi texnikanın köməyi ilə həll etmək olardı. Amma bu da asan iş deyildi. Vilayət hərbi dairəsi komandanının razılığı alınmalı idi. Karxanada bu işin mümkünsüz olduğunu dedilər. Yenə heykəltəraş geri çəkilmədi. Hamının ümidsiz baxdığı görüşə getdilər...
Komandan qonaqları çox ciddi görkəmdə qarşıladı. Onların Azərbaycandan gəldiyini biləndə isə qaş-qabağı açıldı. Qraniti daşımaq üçün onlara istənilən sayda tank verəcəyini söylədi. Bir az əvvəlki soyuq, sərt simalı hərbçinin birdən-birə bu qədər mehriban, qayğıkeş olması qonaqları təəccübləndirdi. Məsələdən hali olanda isə həm komandanın özü kimi onlar da kövrəldilər, həm də qürur duydular...
Bu yüksək hərbi vəzifədə çalışan hərbçi İkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanovun əsgəri olmuşdu. General təsəvvüründə bütöv bir xalq haqqında o qədər ali duyğular yaratmışdı ki, komandan ondan sonra həmişə azərbaycanlılara hansısa bir yaxşılıq etmək arzusu ilə yaşamışdı. Buna görə də dərhal qranitin daşınması üçün tank ayrılmasına göstəriş verdi. Onu çəkmək üçün 7 tankdan istifadə olundu.
Qranit dəmir yolu ilə böyük zəhmətlə Bakıya gətirildi. Bundan sonra gips modelin qranitə köçürülməsi prosesinə başlanıldı. Rusiyanın ən məşhur daş yonanlarından biri, RSFSR-in əməkdar mədəniyyət işçisi Pavel Nosov bu işə cəlb olundu. Artıq abidə ilə bağlı işlər yoluna düşmüş kimi görünürdü. Amma heykəltəraşın həyəcanı bitmirdi. Heykəlin üzərində işləyən Mirəli Mirqasımov çox narahat idi. Əsər hazır olduqda heykəltəraş atelyedə ürək böhranı keçirdi. Azərbaycanın rəhbəri Heydər Əliyevin adından birinci katibin şəxsi doktoru sənətkarın sağlamlığı ilə məşğul oldu.

 

Arzusuna çatan heykəltəraş...

 

"Cəfər mənim əlimlə həyata ikinci dəfə gəlib. Onu bətndə boğa bilmərəm. Bu günahdır” - deyən heykəltəraş, nəhayət, uzun illərin arzusuna çatdı. Heykəltəraşı Mirəli Mirqasımov, memarı isə Yusif Qədimov olan Cəfər Cabbarlı heykəlinin təntənəli açılış mərasimi 1982-ci ildə martın 23-də keçirildi. Mərasimdə çıxış edən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Cəfər Cabbarlı şəxsiyyəti, yaradıcılığı və onun şərəfinə ucaldılmış abidənin bədii həlli haqqında xoş sözlər söylədi.
Həmin il Mirəli Mirqasımovun həyatında daha bir uğurlu hadisə oldu. O, Azərbaycan SSR-in xalq rəssamı adına layiq görüldü.
Mirəli Mirqasımovun ömrünün uzun illərini, sağlamlığını verdiyi heykəlin postamentində yumor və kədəri əks etdirən teatr emblemləri həkk olunub. Bu, Cəfər Cabbarlının teatr sənəti ilə bağlılığının ən dolğun şəkildə əksidir.
Kompozisiya bütövlüyü, yüksək bədii-estetik xüsusiyyətləri ilə bu dəyərli, diqqətəlayiq sənət nümunəsi 36 ildən sonra da görənləri duyğulandırır. Duruşunda qürurverici əzəmət duyulan Cəfər Cabbarlı heykəli Azərbaycan heykəltəraşlıq sənətinin ən gözəl nümunələrindən biridir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM