Tovuz rayonunda elektrik enerjisinin verilişində keyfiyyət artırılır
“Azərişıq” ASC ölkə üzrə bütün abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatında yüksək nəticələr qazanmaqda davam edir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurularaq texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 2018-ci ilin səkkiz ayında qərb regionunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.
Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub. Bu ilin səkkiz ayı ərzində görülən işlər sırasında 8 km uzunluğunda olan 6 kv-luq “Aqropark” hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5.74 km olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilmiş, bəzi yerlərdə 10 kv-luq dayaqlar da quraşdırılmışdır. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd KTM quraşdırılmış, ötürücü dayaqlar dəyişdirilmiş və SİP kabelləşmə işi aparılmışdır. Qovlar qəsəbəsində yeni transformator quraşdırılmış, Ağdam kəndində yenidənqurma işləri davam etdirilir. Artıq kənddə bir KTM quraşdırılmış, 88 ədəd dayaq basdırılmış və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılmışdır. Cəbhəyanı olan bu kənddə hazırda yenidənqurma işləri davam etdirilir. 810 abonentin mövcud olduğu Əlimərdanlı kəndində isə 9 ədəd KTM quraşdırılmışdır. Özünüdaşıyan naqillər üçün 1219 ədəd dayaq yeniləri ilə əvəzlənmişdir. 35765 metr məsafədə kabelləşmə işi aparılmışdır. Hazırda Əlimərdanlı kəndində son tamamlama işləri aparılır. Tovuz rayonu elektrik şəbəkəsi tərəfindən sayğaclaşma işlərində də böyük nailiyyətlər əldə olunub. Rayondakı abonentlərin əksəriyyəti yeni dövr elektrik sayğacları ilə təmin ediliblər.
Hazırda Tovuz rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!