Alternative content

18:27 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə-Niderland əlaqələri normallaşır
Türkiyə-Niderland əlaqələri normallaşır
ANA SƏHİFƏ / DÜNYA
11:09 01.09.2018

 

Türkiyə və Niderland diplomatik münasibətlərin normallaşdırılması barədə razılıq əldə etmişlər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinadən "Anadolu” agentliyi xəbər verir. Avstriyanın paytaxtı Vyanada niderlandlı həmkarı Stef Blokla keçirilmiş görüşün nəticələrini şərh edən nazir qeyd etmişdir ki, yaxın vaxtlarda hər iki ölkədəki diplomatik missiyaların başçılarının təyin olunması barədə razılığa gəlinmişdir.

Çavuşoğlunun dediyinə görə, Niderlandın xarici işlər naziri ilə görüş səmərəli olmuşdur. "Blok gələn ayın əvvəlində Türkiyəyə səfər edəcək” deyə nazir bildirmişdir.