Alternative content

22:27 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT ABŞ-ın UNRWA ilə bağlı mövqeyindən məyusdur
BMT ABŞ-ın UNRWA ilə bağlı mövqeyindən məyusdur
ANA SƏHİFƏ / DÜNYA
11:09 01.09.2018

 BMT rəhbərliyi ABŞ-ın təşkilatın işlərin təşkili və fələstinli qaçqınlara yardım üçün Yaxın Şərq agentliyinin (UNRWA) büdcəsinə köçürülmələrin tamamilə dayandırılması qərarı ilə bağlı təəssüfünü bildirmişdir. Bu barədə "Rosbalt” agentliyi xəbər verir.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin dediyinə görə, təşkilatın adı çəkilən strukturu regionda sabitliyin təminatı üçün əhəmiyyətli töhfə verir. O, əvvəlki illərdə UNRWA-ya göstərilən dəstəyə görə ABŞ-a minnətdarlıq etmiş və bildirmişdir ki, BMT-nin Baş katibi Antoniu Quterreş Yaxın Şərq agentliyinin səfirlərinə hərtərərfli etibar edir.

UNRWA-nın baş direktoru Pyer Krenbül yaranmış maliyyə vəziyyətindən çıxış üzrə fəal səylər barədə danışmışdır. O bildirmişdir ki, agentlik donorların sayının artmasına nail olmuşdur. Bu səbəbdən köçürülmələrin həcmi artmışdır.