Alternative content

18:03 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qondarma respublikanın başçısı həlak oldu
Qondarma respublikanın başçısı həlak oldu
ANA SƏHİFƏ / DÜNYA
11:09 01.09.2018

 

Qondarma Donetsk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenko Donetsk şəhərinin mərkəzində baş vermiş terror aktı nəticəsində həlak olmuşdur. Bu barədə "İnterfaks” agentliyi xəbər verir.

Məlumata görə, Zaxarçenko "Separ” kafesində partlayış zamanı ölümcül yaralanmışdır. Onunla yanaşı, şəxsi cangüdəni də həlak olmuşdur. 12 nəfərin yaralandığı bildirilir. "RİA Novosti” agentliyinin xəbərinə görə, yaralılar arasında "DXR”in gəlirlər və vergilər naziri Aleksandr Timofeyev və "Donbasın dayağı” təşkilatının gənclər qanadının rəhbəri Natalya Volkova var.