Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:57 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
ANA SƏHİFƏ / SİYASƏT
09:09 01.09.2018

Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar sentyabrın 3-dən 21-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Müraciət edən vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndəriləcək və hərbi xidmətə yararlı hesab ediləcək şəxslər qəbul imtahanlarına buraxılacaqlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər gizir hazırlığı kursuna qəbul ediləcəklər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla beş il müddətinə müqavilə bağlanacaq və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.

Namizədlər müvafiq sənədləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına təqdim etməlidirlər. Müraciət üçün tələb edilən sənədlər barədə Müdafiə Nazirliyinin saytında ətraflı məlumat verilib.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2018-ci il sentyabrın 3-dən 21-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək. Telefon: (012) 538-85-62.

Məhkumluğu olan hərbi vəzifəlilərin gizir hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM