Alternative content

11:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alma pestisidlərdən necə təmizlənməli?
Alma pestisidlərdən necə təmizlənməli?
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:09 01.09.2018

Almanı sadəcə su ilə yuduqda, onun qabığından olan kimyəvi maddələr təmizləmir.

AZƏRTAC xəbər verir ki, göbələk və böcək əleyhinə istifadə edilən fərqli pestisidlərin alma üzərində təsirini araşdırmaq istiqamətində bir sıra tədqiqatlar aparılıb. Araşdırmalardan məlum olub ki, bu zəhərli maddələrdən xilas olmağın yeganə yolu meyvənin, o cümlədən almanın qabığını soymaqdır. Lakin bu halda qabıqda olan qidalandırıcı vitaminlər də yox olur. Bu məqsədlə mütəxəssislər lazımi vitaminləri meyvənin üzərində saxlamaq üçün ən optimal üsulun, onu sodalı və ya sirkəli su ilə yumaq olduğunu bildiriblər.