Alternative content

06:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lyubov Burda: Sibir və Azərbaycanın regionları arasında əməkdaşlığın yeni istiqamətlərini inkişaf etdirmək vacibdir
Lyubov Burda: Sibir və Azərbaycanın regionları arasında əməkdaşlığın yeni istiqamətlərini inkişaf etdirmək vacibdir
ANA SƏHİFƏ / SİYASƏT
09:09 01.09.2018

Novosibirskdə Rusiya Prezidentinin Sibir federal dairəsində səlahiyyətli nümayəndəsinin tapşırığına əsasən onun müavini Lyubov Burda Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu İlqar İsgəndərovla görüşüb. Görüşdə Rusiya XİN-in Novosibirsk şəhərindəki nümayəndəsi Nikolay Afonasov iştirak edib.

Konsulluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Lyubov Burda Sibirin və Azərbaycanın regionları arasında mövcud əməkdaşlığın dəstəklənməsinin, əməkdaşlığın yeni istiqamətlərinin inkişafının vacibliyini qeyd edib. “İqtisadi və mədəni əlaqələrin bundan sonra da möhkəmləndirilməsi, etnoslararası münasibətlərin ahəngdarlığı üzrə birgə iş aparmaq lazımdır”, - deyə daimi nümayəndənin müavini vurğulayıb.

İlqar İsgəndərov qeyd edib ki, Azərbaycan rayonları və Sibirin regionları arasında ənənəvi səmimi dost münasibəti mövcuddur. Azərbaycan rəhbərliyi ikitərəfli əlaqələrin inkişafına böyük diqqət ayırır. Hazırda isə tərəfdaşlığın inkişafı üçün perspektivli istiqamətlərdən biri elm və təhsildir. Bu baxımdan, İ.İsgəndərov “Texnoprom-2018” VI Beynəlxalq Texnoloji İnkişaf Forumunun işində özünün iştirakından danışıb. Həmin forumda Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin alimləri Azərbaycandan olan həmkarları ilə birgə layihələrdə iştirak etməkdə maraqlı olduqlarını ifadə ediblər.

Sibirin regionlarında etnik azərbaycanlıların diasporu daha böyük milli birliyə aid edilir. Hazırda bu diaspor 55 min nəfəri əhatə edir və Federasiya dairəsinin bütün subyektlərində təmsil olunur. Etnomədəni eyniləşməni və özünəməxsusluğu qoruyub saxlamaq məqsədilə, habelə sosial mühitdə ahəngdar inkişafı təmin etmək üçün Sibirin ərazisində Azərbaycanın milli ictimai təşkilatları və birlikləri fəaliyyət göstərir.