Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:44 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb
“ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:09 01.09.2018

Sentyabrın 1-dən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət” mərkəzində həyata keçirilir.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

E.Niftəliyev bildirib ki, növbəti günlərdə regional "ASAN xidmət” mərkəzlərində də yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq. Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.

Qeyd edilib ki, 15 yaşı tamam olmuş vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur. Belə ki, 10 gün müddətində 5 manat, 3 iş günü müddətində 25 manat, 1 iş günü müddətində isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. Belə ki, 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib.

E.Niftəliyev diqqətə çatdırıb ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni şəxsiyyət vəsiqələrinin alınması zəruridir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM