Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:04 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yol polisi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edir
Yol polisi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:09 01.09.2018

Paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyinin artması müşahidə olunur. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, bu isə hər bir hərəkət iştirakçısından yol hərəkət qaydalarına daha çox məsuliyyətlə yanaşmağı tələb edir.

Yay mövsümü artıq başa çatır, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması başlayıb, bundan başqa yeni dərs ilinə sayılı günlər qalır. Bütün bu amillər paytaxt yollarında artıq indidən hiss olunur. Bəzi küçə və prospektlərdə hərəkətin intensivliyi nəzərəçarpacaq dərəcədə artıb.

Belə bir vəziyyətdə sürücülər dayanma-durma və parklanma qaydalarının pozulmasının tıxac və sıxlığa səbəb olduğunu mütləq nəzərə almalıdırlar.

Buna görə də parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu, inzibati məsuliyyət yaradır.

Ancaq məsələnin mahiyyəti yalnız qaydaları pozan sürücülərin inzibati məsuliyyət daşıması və nizam-intizamsız sürücülərin məsuliyyətə cəlb edilməsindən də ibarət deyil. Sürücülər anlamalıdır ki, dayanma-durma qaydalarını pozmaqla, onlar hərəkətin təhlükəsizliyinin təmin edilməsinə çətinlik yaradır, bütün hərəkət iştirakçılarına mane olurlar. Bir gün onlar başqalarının yolunu kəsirsə, onların rahat hərəkətinə maneə törədilirsə, növbəti dəfə eyni situasiya ilə özləri üzləşə bilərlər.

Avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırmaq istərdik ki, hazırda Bakıda yol hərəkətinin təmin edilməsində dayanma-durma və parklanma qaydalarına riayət edilməsi prioritet məsələlərdən biri kimi diqqətdə saxlanılır. "Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapır.

V.Əsədov deyib ki, hər kəs qanunun bu tələblərini müzakirə etmədən birmənalı yerinə yetirməyə borcludur.

Onu da xatırladırıq ki, çox tez-tez sürücülərin ifadə etdikləri "bilmədim”, "bir dəqiqə saxladım”, "dərman alırdım”, "adam gözləyirəm”, "dükana getmişdim” kimi bəhanələr dayanma-durma və parklanma qaydalarını pozanları heç bir halda məsuliyyətdən azad etmir. Əgər bir sürücü bir istiqamətli iki hərəkət zolağı olan yolda yolun hərəkət hissəsində 30 saniyə dayanarsa, bu, 60-a yaxın avtomobilin 7-10 dəqiqə ləngiməsinə səbəb olur. Bu isə yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində ciddi çətinliklər yaradır.

Xüsusilə, taksi fəaliyyəti ilə məşğul olan sürücülər nəzərə almalıdırlar ki, avtomobillərin hərəkəti kameralar vasitəsilə izlənilir, qanunun tələblərini pozduqları halda sürücülər barəsində təsirli tədbirlərin görülməsi mümkündür. Ayrıca, bununla bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ilə birgə taksi sürücülər üzərində nəzarət gücləndiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM