Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:31 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə naziri: Fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır
Müdafiə naziri: Fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır
ANA SƏHİFƏ / SİYASƏT
09:09 01.09.2018

Sentyabrın 1-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər vəzifəli şəxslər cəlb olunub.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri xüsusi olaraq vurğulayıb ki, ordu quruculuğu istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin və ümumilikdə bütün fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır.

Qoşunlarda aparılan intensiv döyüş hazırlığı, gündəlik fəaliyyət və döyüş işinin təşkili, xidməti və döyüş fəaliyyətinin hərtərəfli təminatı, əməliyyat hazırlığı tədbirlərinin planlaşdırılması, həmçinin cəbhə bölgəsində yerləşən və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edən nazir müvafiq göstərişlər verib.

Eyni zamanda, general-polkovnik Z.Həsənov müxtəlif səviyyəli təlimlərin, planda nəzərdə tutulan digər vacib tədbirlərin təşkili və keçirilməsi, o cümlədən şəxsi heyətin, maddi-texniki vasitələrin, xüsusilə dağlıq ərazilərdə yerləşən postların və mövqelərin qış mövsümünə hazırlığının aparılması ilə bağlı tapşırıqları da müəyyən edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM