Alternative content

22:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeməyi dada gətirən sumaq necə hazırlanır?
Yeməyi dada gətirən sumaq necə hazırlanır?
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:09 01.09.2018

Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir. Süfrələrə bəzək, yeməklərə isə xüsusi dad verən sumaq məhz avqust və sentyabr aylarında toplanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hündürlüyü üç metrə çatan sumaq kollarına daha çox dağlıq kəndlərdə rast gəlinir. Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid Kələnov kəndinin sakinləri də uzun illərdir yabanı halda yayılan bitkinin meyvəsini toplayaraq gəlir əldə edirlər.

Yeməklərin dadına dad qatan sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.

Kələnov kənd sakini Nəsibə Həlimova bildirir ki, bir insan ağaclardan gün ərzində 20 kiloqramadək sumaq meyvəsi yığa bilər. Bundan da cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır.

"Sumaq ağacdan yığıldıqdan sonra bir müddət qurudulur. Sonra həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir” - deyə Nəsibə Həlimova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 15 manata, stəkanı isə 2 manata satılır.

Sumaq meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər.

Sumağın 250-yə yaxın növü var. Yabanı sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də rast gəlinir.