Alternative content

01:11 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhər yeməyi şəkər xəstəliyinə tutulmaq ehtimalını aşağı salır
Səhər yeməyi şəkər xəstəliyinə tutulmaq ehtimalını aşağı salır
ANA SƏHİFƏ / Səhiyyə
12:09 01.09.2018

Səhər yeməyi günün ən vacib qidası hesab edilir. Səhər qəbul olunan qida bədənə enerji verir, gün ərzində özünü gümrah hiss etməyə kömək olur.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin fikrincə yuxudan oyanandan sonra bir saat ərzində mütləq səhər yeməyi yeyilməlidir, çünki gecə boyu 10-12 saat ac qalan orqanizmin ayılandan sonra qidaya tələbatı artır.

İlk növbədə, qidalanmadan əvvəl bədən çəkisindən asılı olaraq təxminən 200-400 milliqram su içilməlidir. Səhər yeməyindən 1-2 saat sonra isə meyvə yemək çox faydalıdır. Çünki meyvənin həmin vaxt yeyilməsi orqanizmin vitaminə olan tələbatını ödəyir.

Səhər açılan süfrə müxtəlif qidalarla bol çeşidli, tərkibi protein, karbohidrat və vitaminlərlə zəngin olmalıdır. Səhər yeməyi üçün bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməklər də tövsiyə edilir.

Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırmaqla yanaşı, diqqəti toplamaq və eşitdiklərini yadda saxlamağa kömək edir, ürəyin fəaliyyətinə müsbət təsir göstərir, aclıq hissinin qarşısını alır.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, səhər yeməyi şəkər xəstəliyinə tutulmaq riskini aşağı salır.