Alternative content

12:49 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zanbaq - sultanların sevimli çiçəyi
Zanbaq - sultanların sevimli çiçəyi
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:09 01.09.2018

Hələ qədim zamanlardan əfsanə, nağıl və miflərdə zanbaq gülləri xatırlanır. Zanbaqlar qədim Yunanıstanda ümid, Rusiyada sülh və təmizlik, Fransada mərhəmət, Almaniyada isə sədaqət rəmzi sayılır.

AZƏRTAC xəbər verir ki, zanbağın vətəninin İran olduğu deyilsə də, Türkiyə ərazisində qədim zamanlardan becərildiyi məlumdur. Türkiyədə zanbaq lala kimi məşhurdur. Osmanlıda zanbaq sultanların sevimli çiçəyi olub, sarayların və malikanələrin bağçasını bəzəyib. Hər bahar bu çiçəyə həsr olunmuş bayram mərasimləri keçirilib. Osmanlı imperiyasının bir dövrü məhz onun adı ilə “lalə dövrü” adlandırılıb. XVI əsrin ortalarından Avstriya imperatorunun elçisi ilk dəfə zanbağı məhz Türkiyədəki bağçalardan birində görüb. Tanımadığı çiçək onu heyran edib və nəticədə 1554-cü ildə çoxlu miqdarda toxum Vyanaya aparılıb. Bundan sonra zanbaq Avropanı dolaşmağa başlayıb. Qısa bir müddət ərzində gözoxşayan çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada populyarlıq qazanıb.

XVI əsrin ortalarında zanbaqların artıq 300-ə yaxın növü məlum idi. Çiçək özünün ən böyük şöhrətini 1634-cü ildə ayaq açdığı Niderlandda qazanıb. Onları Niderlandın Amsterdam və başqa şəhərlərin küçə və meydanlarında əkməyə başlayıblar. Hollandiyalı bağbanlar dünyanın müxtəlif ölkələrinə ixrac olunan zanbaqların çoxlu növlərini yetişdiriblər. Hazırda zanbaqların dünyada 2500-dən artıq növü var. Onların arasında qara və göy, çoxləçəkli və hamar, kiçik və iri, alçaqboylu və üç metrə qədər hündürlükdə olan növləri mövcuddur. Hər bahar İstanbulda zanbaq festivalı keçirilir.

Hollandiyanın məşhur Keukenhof parkı da zanbaqları ilə məşhurdur. Parkın ərazisində hər il yüz min müxtəlif növdə 4,5 milyon zanbaq, sünbülçiçəyi, nərgizgülü və digər bitkilərin olduğu yeddi milyona qədər çiçək əkilir. Xalq təbabətində zanbaqdan çəkilmiş yağ yanıq yaralarının müalicəsində istifadə edilir, qulaq ağrılarında damcı dərmanı kimi qulağa tökülür, ətriyyatda ondan faydalanırlar. Bitkinin həlimi və soğanağını yarasağaldıcı kimi də istifadə edirlər. Zanbaq gülündən çəkilmiş nektar zeytun yağında saxlanılandan sonra yara və yanıqlara çəkiləndə yaxşı səmərə verir.