Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:10 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa ölkələrində yay-qış vaxtına keçid ləğv oluna bilər
Avropa ölkələrində yay-qış vaxtına keçid ləğv oluna bilər
ANA SƏHİFƏ / DÜNYA
11:09 01.09.2018

Avropa İttifaqı ölkələrində yay-qış vaxtına keçid ləğv oluna bilər.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının nəqliyyat üzrə komissarı Violeta Bulk bu barədə məlumatı sosial şəbəkələrdəki profilində paylaşıb. Bundan öncə isə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker saat dəyişikliyindən imtina edilməsi tələbi ilə çıxış edib.

Qış vaxtına keçidin ləğv olunması ideyasının kökündə isə Avropa İttifaqı ölkələrində aparılan sorğunun nəticələri dayanır. 4,6 milyon avropalının iştirak etdiyi sorğuda böyük əksəriyyət (84%) vaxt keçidinin ləğv olunmasına tərəfdar çıxıb.

Jan-Klod Yunker öz açıqlamasında bildirib ki, əgər insanlar bunu tələb edirlərsə, o zaman bu tələb icra edilməlidir. Sorğuda iştirak edənlər Avropada yay vaxtının dəyişməz olaraq saxlanmasını istəyiblər və bu da həyata keçiriləcək.

Avropa Komissiyasının prezidenti fikirlərini qəti gələcək zaman formasında bəyan etsə də, komissiyanın bu məsələdə səlahiyyəti yalnız təklif hüququndan ibarətdir. Növbəti hüquqi addım kimi məsələyə Avropa Parlamenti tərəfindən müsbət qərar verilməli, eyni zamanda üzv dövlətlə saat keçidinin ləğv edilməsinə razılıq bildirməlidirlər. Əgər bütün hüquqi addımlar komissiyanın təklif etdiyi şəkildə baş verərsə, o zaman Avropa ərazisində yalnız yay vaxtı qüvvədə olacaq.

Qeyd edək ki, ötən əsrdə enerji səmərəliliyini və günəş işığından effektiv istifadəni təmin etmək məqsədi ilə yay-qış vaxtlarına keçid dünyanın bir çox ölkəsində tətbiq olunmağa başlayıb. Lakin müasir dövrdə vaxtı bir saat irəli və ya geri çəkməklə həqiqətin də enerjiyə qənaət olunması ətrafında mübahisələr gedir.

Qeyd edək ki, hazırda Avropada üç saat qurşağı (Şərqi Avropa vaxtı, Mərkəzi Avropa vaxtı və Qərbi Avropa vaxtı) mövcuddur və 2002-ci ildə bütün Avropa ərazisində yay-qış vaxtına keçid vahid formaya salınıb. Bəzi ekspertlərin rəyincə, əgər bəzi ölkələr vaxt keçidinin ləğvindən imtina etsələr, bu, Avropada bir sıra problemlərə yola aça bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM