01 Sentyabr 2018 11:09
750
İDMAN
A- A+

“Qarabağ” UEFA Avropa Liqasında ilk oyununu səfərdə “Sportinq” klubuna qarşı keçirəcək

Avqustun 31-də UEFA püşkatmadan sonra Avropa Liqasının təqvimini elan edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın "Qarabağ” klubu qrup mərhələsində ilk oyununu Portuqaliyada "Joze Alvalade” stadionunda meydan sahibi "Sportinq” klubuna qarşı keçirəcək. Azərbaycan təmsilçisi turnirdə yer aldığı "E” qrupunda ilk və son görüşlərini səfərdə keçirəcək.

Təqvimin tam siyahısı:

 

20 sentyabr

"Sportinq” – "Qarabağ”

"Arsenal” – "Vorskla”

 

4 oktyabr

"Vorskla” – "Sportinq”

"Qarabağ” – "Arsenal”

 

25 oktyabr

"Qarabağ” – "Vorskla”

"Sportinq” – "Arsenal”

 

8 noyabr

"Vorskla” – "Qarabağ”

"Arsenal” – "Sportinq”

 

29 noyabr

"Qarabağ” – "Sportinq”

"Vorskla” – "Arsenal”

 

13 dekabr

"Sportinq” – "Vorskla”

"Arsenal” – "Qarabağ”

 

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-də start veriləcək. Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video