Alternative content

02:14 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Litva prezidenti: Avropa Türkiyədən üz döndərə bilməz
Litva prezidenti: Avropa Türkiyədən üz döndərə bilməz
ANA SƏHİFƏ / DÜNYA
11:09 01.09.2018

Avropa İttifaqı Türkiyədən üz döndərə bilməz.

Bu fikri Litva prezidenti Dalya Qribauskayte ölkəsində səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşdən sonra söyləyib. O bildirib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq vacibdir və bu addım Avropanın miqrasiya və terrorla mübarizəsində əvəzolunmazdır.

Dalya Qribauskayte Türkiyəni Avropa üçün ticarət, təhlükəsizlik və miqrasiya məsələlərində mühüm tərəfdaş adlandırıb.

Prezidentin fikirlərinə dəstək olaraq Litva xarici işlər naziri Linas Linkeviçius "Türkiyə həmişə Litva üçün sadiq tərəfdaş olacaq, əksini demək düzgün olmazdı” açıqlamasını verib.

 

AZƏRTAC