Gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim Prezidentin ətrafında sıx birləşiblər
İlk görüş ziyalılarla, ilk xeyir-dua isə ağsaqqallardan oldu
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərində yeni dönəm başlayır. İki ay öncə burada yaşanan xoşagəlməz olaylar yaddaşlardan silinməsə də, bu gün şəhərdə sabitlik hökm sürür və həyat öz axarı ilə davam edir.
Bu bir həqiqətdir ki, şəhərdə yaşanan iyul hadisələri zamanı gəncəlilər ayağa qalxaraq sabitliyi pozmağa, qarışıqlıq yaratmağa çalışan radikal "dindarlara” qarşı qətiyyətli mübarizə apardılar və iki polis zabitini qətlə yetirənlərin ən ciddi şəkildə cəzalandırılmalarını, bu işdə əli olanların isə ədalət mühakiməsi qarşısında cavab vermələrini tələb etdilər. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərdə iğtişaş törədən şəxslər müəyyənləşdirilərək həbs edildilər. Hazırda istintaq prosesi davam edir.
Avqust ayının 28-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Gəncəyə yeni icra başçısı təyin edildi. Sərəncama əsasən, 2012-ci ildən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Niyazi Bayramov bundan sonra Gəncənin yeni-yeni nailiyyətləri, uğurları üçün çalışacaq.
Avqustun 29-da Gəncədə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev ictimaiyyətin iştirakı ilə keçirilən tədbirdə Niyazi Bayramovu kollektivə təqdim etdikdən sonra yeni icra başçısı vəzifəsinin icrasına başlayıb.
Niyazi Bayramov ilk olaraq şəhər ağsaqqallarını bir araya toplayıb. Bu görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən
50-yə yaxın ağsaqqal ziyalı iştirak edib. Öncə vaxt ayırıb görüşə gəldikləri üçün ziyalılara təşəkkür edən icra başçısı bildirib ki, tarixən mədəniyyət beşiyi hesab olunan Gəncə həm də ziyalılar şəhəridir.
Bu görüşün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq təşkil edildiyini ziyalıların diqqətinə çatdıran Niyazi Bayramov dövlət başçısının ona öncə ağsaqqalların fikirləri əsasında şəhərdəki problemlərlə maraqlanmağı tövsiyə etdiyini vurğulayıb: "Bu görüşü təşkil etməkdə əsas məqsədim, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqaların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təkliflərinizi dinləməkdir. Bu baxımdan sizin dəstəyinizə ümid edirəm”.
Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusibov, ATU-nun rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə Şəhər Veteranlar Təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə Şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və digərləri çıxış edərək, şəhərə yeni təyin olunan icra hakimiyyəti başçısına işlərində uğurlar arzulayıblar. Ziyalılar əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Gəncə bundan sonra da çiçəklənəcək, inkişaf edəcək. İnsanların güzəranı gözəl, xoşbəxt olacaq.
Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar. Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməyi göstərəcəklər. Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!