Alternative content

16:17 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Abad şəhərin bərbad bazarı”
“Abad şəhərin bərbad bazarı”
ANA SƏHİFƏ / Oxucu məktubları
12:09 01.09.2018

 

"Azərbaycan” qəzetinin 22 iyun 2018-ci il tarixli sayında  "Abad şəhərin bərbad bazarı” sərlövhəli tənqidi məqalə dərc edilmişdi. Məqalədə Cəlilabad şəhəri mərkəzi bazarında hökm sürən natəmizlik, antisanitariya və digər nöqsanlardan söhbət açılır, cənub bölgəsinin ətraf rayonlarının, hətta ölkəmizə dincəlməyə gələn xarici vətəndaşların da alış-veriş üçün üz tutduqları bu bazarda günün tələblərinə uyğun səliqə-sahman yaradılmasının vacibliyi diqqətə çatdırılmışdı.

Tənqidi məqalə tədbir görülmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Bu günlərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi  Agentliyinin sədr müavini Balarəhim Quliyevin imzası ilə aldığımız cavab məktubunda deyilir:

"Hörmətli redaksiya! "Azərbaycan” qəzetinin 22 iyun 2018-ci il tarixli sayında dərc edilmiş "Abad şəhərin bərbad bazarı” sərlövhəli tənqidi məqalə Qida Təhlükəsizliyi Agentliyində geniş müzakirə olunmuşdur. Agentliyin müvafiq regional bölmə əməkdaşları tərəfindən bazara baxış keçirilmişdir. Bununla əlaqədar akt tərtib edilmişdir. Faktlar doğrudur. Məqalədə qeyd olunan nöqsanların aradan qaldırılması üçün bazar rəhbərliyinə lazımi tapşırıqlar və tövsiyələr verilmişdir. Bazarın gündəlik sanitariya vəziyyəti ciddi nəzarətə götürülüb,  kənd təsərrüfatı məhsulları və sənaye mallarının günün tələblərinə uyğun satışı üçün normal şərait yaradılır, bazarın giriş-çıxış yolları təmir edilir və ətraf ərazisində səliqə-sahman yaradılır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM