Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:17 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib
Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
12:09 01.09.2018

 

Avqustun 31-də Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqlara Bakı Kitab Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr, tədbirlər barədə məlumat verilib.
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva belə bir mədəniyyət və ədəbiyyat ocağını xalqımıza nəsib etdiyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. "Çox istərdim ki, bu möhtəşəm layihə uzunömürlü olsun və gələcək nəslin maariflənmə, mütaliə məsələlərində əsas rollardan birini oynasın”, - deyə Günel Rzayeva bildirib.

 

Hər kəs üçün maraqlı olacaq Bakı Kitab Mərkəzi

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov fondun Azərbaycanda həyata keçirdiyi mədəniyyət layihələrindən, eyni zamanda, gənclərin təhsilə, kitaba marağının artırılması istiqamətində gördüyü işlərdən danışıb və bunun davamlı olacağını söyləyib. Regionlardakı Heydər Əliyev mərkəzlərində kitabxanaların fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin yaradılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb və onun bütün proseslərə yüksək diqqətlə yanaşdığını qeyd edib. "Bizim çoxdankı arzumuz idi ki, Bakıda yüksək şəraiti olan və müxtəlif nəşrləri əhatə edən kitab mərkəzi yaradılsın. Düşünürəm ki, biz buna nail olduq”, - deyən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin hər kəs üçün maraqlı olacağını bildirib.

 

Mərkəzdə görmə imkanları məhdud şəxslər üçün də şərait yaradılıb

 

Bakı Kitab Mərkəzinin ictimaiyyət üçün açıq olacağını deyən Anar Ələkbərov fiziki cəhətdən qüsurlu insanların buraya sərbəst daxil olmasının nəzərə alındığını deyib. Diqqətə çatdırıb ki, Kitab Mərkəzində görmə imkanları məhdud şəxslər üçün də guşə fəaliyyət göstərir. Belə ki, mərkəzin ikinci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

 

Dünyaya açılan pəncərə

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müasir dövrdə - kitab mütaliəsinin yeni texnologiyalarla əvəzləndiyi bir zamanda Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək deyib: "Bu, kitabın bir daha təsdiq olunması, kitabın mənəviyyatda, insan həyatında mühüm yer tutduğunun təsdiqi deməkdir”.
Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin təbliğində gördüyü işləri vurğulayan xalq yazıçısı Anar Bakı Kitab Mərkəzini dünyaya açılan bir pəncərə kimi dəyərləndirib. "İstərdim ki, bütün ömrüm burada keçsin. Çünki oxumadığım bütün kitablar burada var”, - deyə xalq yazıçısı söyləyib.

 

O xalqlar yaşayacaq ki, onların kitablara meyli var

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev müstəqil Azərbaycanda belə bir mərkəzin yaradılmasını yüksək qiymətləndirb. "Arzu edərdim ki, buraya yazıçılar gəlsin və görüşlər keçirilsin, eləcə də cavanlar gəlsinlər. Bizim gələcəyimiz, siyasətimiz, iqtisadiyyatımız, ordumuz, Qarabağ məsələmiz bax buradan, kitabdan başlayır. Kitab olmasa, heç nə olmayacaq. Yalnız o xalqlar yaşayacaq ki, onların kitablara meyli var, onların övladları oxuyur. Uşaqları oxumayan dövlətin gələcəyi yoxdur”, - deyən Çingiz Abdullayev bugünkü Azərbaycanın inkişafının təhsil sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Respublikası mədəniyyət baxımından çox inkişaf edib.
Sonra Bakı Kitab Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Mərkəzdə Azərbaycan və digər xalqların dillərində dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq.

Kitabsevərlər asudə vaxtlarını səmərəli keçirəcək

 

Bakı Kitab Mərkəzi layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını səmərəli keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib.
Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda, sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında məlumat almaq mümkündür.
Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir.
Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Kitab satışı ilə yanaşı, burada "Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən mərkəzdə təqdim edilən kitab və jurnallarla tanış ola biləcəklər.
Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, "I love Baku” milli brendinin Azərbaycana dair suvenirlərini və "Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.
Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet resursları vasitəsilə kitablar sifariş verə biləcəklər. Mərkəzin yeniliklərini "Facebook” və "Instagram” səhifələrindən də izləmək mümkündür:

www.facebook.com/bakubookcenter
www.instagram.com/bakubookcenter

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM