Alternative content

12:32 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell”in Barama mərkəzində 25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib
“Azercell”in Barama mərkəzində 25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib
ANA SƏHİFƏ / ELANLAR
12:09 01.09.2018

 

“Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uşaqlarda rəqəmsal sahəyə marağı artırmaq və rəqəmsal ekosistemin inkişafına dəstək olmaq məqsədi ilə həyata keçirdiyi “Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla yekunlaşıb. 31 avqustda dərslərdə iştirak edən məktəblilərin, o cümlədən valideynlərin, müəllimlərin və qonaqların iştirakı ilə layihənin başa çatmasına həsr olunan xüsusi tədbir keçirilib. Barama mərkəzinin koordinatoru Fidan Tofidi layihənin hər kəs tərəfindən maraqla qarşılanmasını və təlimdə iştirak üçün müraciət sayının çoxluğunu sevindirici hal kimi qiymətləndirib: “İlk 8 gün ərzində 300-dən çox məktəbli layihədə iştirak üçün qeydiyyatdan keçdi. “Barama Junior: Coding Kids IT Summer School” layihəsinə başlayan zaman bizim bir məqsədimiz var idi: gələcəyimiz olan uşaqlara faydalı olmaq. Ümid edirəm, bu məqsədimizə nail olduq” - deyən mərkəzin koordinatoru aparılan seçimlər nəticəsində 25 məktəblinin proqramda iştirak etdiyini bildirib.

Tədbirdə təlimin iştirakçısı olan məktəblilər və valideynlər də layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər. Mərasimin sonunda məktəblilərə sertifikat və hədiyyələr təqdim edilib.

 

“Azərbaycan”