Alternative content

04:11 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aleksandr Lukaşenko əyyaşlıq edən dövlət məmurlarını vəzifələrindən kənarlaşdırıb
Aleksandr Lukaşenko əyyaşlıq edən dövlət məmurlarını vəzifələrindən kənarlaşdırıb
ANA SƏHİFƏ / DÜNYA
10:08 31.08.2018

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə ciddi kadr dəyişiklikləri aparıb.

AZƏRTAC xəbər verir ki, A.Lukaşenko buna səbəb kimi bəzi məmurların sərxoşluq, əyyaşlıq etdiyini göstərib. “Mən hökumətdə kadr dəyişikliklərindən sonra monitorinqi və vəziyyəti nəzarətdə saxlayacağam. Qeyd edim ki, bu islahatlar hələ son deyil. Mənim müəyyən etdiyim iş prinsiplərinə cavab verməyən məmurlar vəzifədən kənarlaşdırılacaqlar”, - deyə Belarus Prezidenti əlavə edib. Dövlət başçısının sözlərinə görə, vəzifələrindən kənarlaşdırılan məmurlar özlərini ədəbli, ləyaqətli aparmayıblar.

Qeyd edək ki, Belarus Prezidenti avqustun 31-də bir neçə naziri, səfirləri, icra hakimiyyəti başçılarını vəzifələrindən kənarlaşdırıb.