Alternative content

12:48 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qondarma Donetsk respublikasının başçısı Aleksandr Zaxarçenko partlayış nəticəsində həlak olub
Qondarma Donetsk respublikasının başçısı Aleksandr Zaxarçenko partlayış nəticəsində həlak olub
ANA SƏHİFƏ / DÜNYA
10:08 31.08.2018

Qondarma Donetsk xalq respublikasının başçısı Aleksandr Zaxarçenko avqustun 31-də Donetsk şəhərində baş vermiş partlayış nəticəsində həlak olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı qondarma respublikanın başçısının administrasiyasından təsdiqləyiblər. Bildirilir ki, Aleksandr Zaxarçenko terror aktı nəticəsində həyatını itirib. Partlayış bu gün yerli vaxtla təxminən 17:30-da şəhərin mərkəzində yerləşən “Separ” restoranında törədilib. Daha üç nəfər yaralanıb.