Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurban Qurbanov: Çətin və maraqlı qrupa düşdük
Qurban Qurbanov: Çətin və maraqlı qrupa düşdük
ANA SƏHİFƏ / İDMAN
08:08 31.08.2018

Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, "Arsenal” və "Sportinq” kimi avrokuboklarda təcrübələri olan klublarla qarşılaşacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasiminin nəticələri barədə açıqlamasında deyib.

Q.Qurbanov qeyd edib ki, ötən mövsümdə qrupdakı rəqiblər də çətin idi. "Ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.