Alternative content

10:49 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubadlılılar yüksək dövlət qayğısından razılıq edirlər
Qubadlılılar yüksək dövlət qayğısından razılıq edirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
06:08 31.08.2018

Qubadlı rayonunun işğalından 25 il ötür. Həmin gündən bəri rayonun 37800-dən çox əhalisi məcburi köçkün həyatı yaşayır.

Dünən Sumqayıt Şəhidlər xiyabanının qarşısına toplaşan qubadlılıların əllərində  qərənfillər vardı. Milli Məclisin deputatlarının, məcburi köçkün həyatı yaşayan digər rayonların, Sumqayıt şəhər ictimaiyyətinin iştirak etdiyi həmin anım mərasimi əbədi məşəlin qarşısından başlandı.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bidldirdi ki, zəngin tarixə, maddi sərvətlərə malik olan ərazilərimiz   erməni işğalçıları tərəfindən talan edilməkdədir. Əlverişli mövqeyi, təkrarsız təbiəti bu rayonun sakinlərinin inanc və inam yeri idi. Yalçın qayaların qoynunda yerləşən Qubadlının mərd övladları düşmənlə üz-üzə mübarizə aparır, onları bir addım belə önə çıxmağa imkan vermirdi. Həmin günlərdə rayon əhalisinin  238 nəfəri şəhid oldu, 200 nəfərdən artıq sakini ağır yaralandı. Cəsur oğullar vətən torpağının hər qarışını canlarından üstün tuturdular.

Tədbirdə qeyd edildi ki, Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllini xüsusi diqqət mərkəzində saxlayır. Qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Bu siyasi kursun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti  layiqincə davam etdirən Prezident İlham Əliyev daim qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından tanış olur və  həlli barədə müvafiq göstərişlər verir.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq məsələləri daim dövlətin diqqət mərkəzindədir.

 

Akif ƏLİYEV,

«Azərbaycan»


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM