Alternative content

18:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Stefan de Mistura: “İdlibdə böyük fəlakət baş verə bilər”
Stefan de Mistura: “İdlibdə böyük fəlakət baş verə bilər”
ANA SƏHİFƏ / DÜNYA
06:08 31.08.2018

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura İdlib şəhərində tezliklə böyük fəlakət baş verəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. O bildirmişdir ki, mümkün toqquşma tək İdlibin deyil, bütün Suriyanın hüdudlarından kənara çıxa bilər. Bu barədə vesti.ru saytı xəbər verir.

De Mistura vurğulamışdır ki, İdlibdə iri hərbi toqquşmanın qarşısını almaq üçün Türkiyə, Rusiya və İrana daha çox vaxt vermək lazımdır.

BMT-nin xüsusi nümayəndəsi həmçinin qeyd etmişdir ki, kimyəvi silahdan istifadə olunacağı ilə bağlı xəbərdarlıq həyati əhəmiyyət daşıyır. O həmçinin mülki şəxslərin regiondan təxliyə olunması üçün humanitar dəhliz açmağa çağırmışdır.

Bu arada de Misturanın bəyanatına Moskvanın reaksiyası İdlib ətrafında vəziyyəti daha da gərginləşdirmişdir. Kreml hesab edir ki, terror yuvası olan İdlibdə əməliyyatın keçirilməsi zəruridir.