Alternative content

11:25 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran raket proqramı ilə bağlı danışıqlar aparmayacaq
İran raket proqramı ilə bağlı danışıqlar aparmayacaq
ANA SƏHİFƏ / DÜNYA
06:08 31.08.2018

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi bildirmişdir ki, Tehran özünün raket proqramı məsələsi ilə bağlı danışıqlar aparmayacaq. Bu barədə “Təsnim” agentliyi xəbər verir.

Qasimi Fransa Xarici İşlər Nazirliyinin Tehranın raket proqramını beynəlxalq danışıqların gündəliyinə daxil etmək təklifinə münasibət bildirərkən demişdir: “Raket proqramına gəldikdə, biz növbəti dəfə təkrar edirik ki, o, müdafiə xarakteri daşıyır, beynəlxalq öhdəlikləri pozmur və ölkənin, habelə İran əhalisinin müdafiəsi üçün həyati əhəmiyyətə malikdir. Biz bu mövzuda danışıqlar aparmayacağıq”. O əlavə etmişdir ki, İranın regiondakı siyasəti sülhün bərqərar olmasına və beynəlxalq terrorizmlə mübarizəyə yönəlmişdir.

Xatırladaq ki, srağagün Fransanın xarici işlər naziri Jan-İv Le Drian Parisin nüvə sazişini dəstəklədiyini bildirmişdir. Onun fikrincə, İran Fransa tərəfinin narahatlığına səbəb olan digər üç mövzuda danışıqlardan yayınmamalıdır. Nazir qeyd etmişdir ki, söhbət İranın nüvə proqramı üzrə 2025-ci ildən sonrakı  öhdəliklərindən, ballistik raketlərin yayılması məsələlərindən, habelə Tehranın regionda oynadığı roldan gedir.