Alternative content

19:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Venesuelada 131 nəfər sabotaja görə tutuldu
Venesuelada 131 nəfər sabotaja görə tutuldu
ANA SƏHİFƏ / DÜNYA
06:08 31.08.2018

Son həftə ərzində Venesuela hakimiyyət orqanları iqtisadiyyatı sarsıtmaqda və hökumətin qəbul etdiyi maliyyə tədbirlərinin sabotaj etməkdə şübhəli bilinən 131 nəfəri həbs etmişdir. Bu barədə respublikanın Baş prokuroru Tarek Vilyam Saabaya istinadən “Agencia Venezolana de Noticias” dövlət informasiya agentliyi xəbər verir.

Məlumatda deyilir ki, “bu adamlar möhtəkirlik, boykot və iqtisadi sabitliyi pozmaq kimi cinayətlərdə şübhəli bilinirlər”. Baş prokurorun dediyinə görə, saxlanılmış 131 nəfərdən cəmi 10-u azadlığa buraxılmışdır. 92 nəfər həbs olunmuş, digər 29 nəfər barədə hərəkət azadlığını məhdudlaşdıran tədbirlər görülmüşdür. Saaba qeyd etmişdir ki, saxlanılanlar arasında iri ticarət şəbəkələrinin bir çox rəhbəri də var.
Xatırladaq ki, ötən ayın 20-də Venesuelada denominasiya keçirilmişdir. İslahat reallaşdırılmazdan əvvəl Prezident Nikolas Maduro sentyabrın 1-dən etibarən minimal əməkhaqqının onlarla dəfə artırılaraq 1800 suveren bolivara (köhnə kursla 180 milyon bolivar) çatdırıldığını elan etmişdir.
Son illər Venesuela sürətli qiymət artımı, ərzaq və dava-dərman çatışmazlığı, habelə bolivarın devalvasiyası ilə müşayiət olunan kəskin sosial-iqtisadi böhran yaşayır.