Alternative content

15:19 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Respublika çaylarında suyun səviyyəsi azalıb
Respublika çaylarında suyun səviyyəsi azalıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
06:08 31.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində altı santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 88 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 63 kubmetr təşkil etməklə ongünlük normanın 52 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində səkkiz santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 69 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 10,5 kubmetr təşkil edərək ongünlük normanın 15 faizinə bərabər olub.

Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində dörd, Bankədə bir, Salyanda altı, Surrada doqquz, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində beş santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 (2017-ci il avqustun 31-də 347 sm), Şirvanda 179 (2017-ci il avqustun 31-də 227 sm), Salyanda 107 (2017-ci il avqustun 31-də 153 sm), Bankədə 171 (2017-ci il avqustun 31-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 santimetrə (2017-ci il avqustun 31-də 52 sm) bərabərdir.