Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:33 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Yay məktəbi” başa çatıb
“Yay məktəbi” başa çatıb
ANA SƏHİFƏ / Təhsil
05:08 31.08.2018

Avqustun 31-də "Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan "Yay məktəbi”nin bağlanış mərasimi keçirilib. "Yay məktəbi”nə şagirdlər arasında keçirilən "Brendini tanıt” müsabiqəsinin final mərhələsi ilə yekun vurulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin final mərhələsinə Bakı şəhəri üzrə "Yay məktəbi”nin ikinci mərhələsinin əhatə etdiyi 12 ümumi təhsil müəssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət 5, 27, 57, 95, 166 nömrəli məktəblərin komandaları qatılıblar. Həmin məktəblər öz brendlərini təqdim ediblər.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini layihənin şagirdlərin bacarıqlarının aşkara çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev "Məktəblinin dostu” layihəsinin önəmindən danışıb, "Yay məktəbi”nin şagirdlərin asudə vaxtlarını daha da səmərəli keçirmələri baxımından əhəmiyyət daşıdığını bildiriblər.

Münsiflərin qiymətləndirmələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 166, 5 və 95 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerləri tutublar. Qalib komandalara hədiyyələr və diplomlar təqdim olunub.

Qeyd edək ki, BŞTİ-nin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış "Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə mindən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli saatlar təşkil edilib.

"Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial fəal gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasıdır.

"Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM