Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

06:21 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xing Qu: UNESCO-nun Azərbaycan kimi fəal ölkələrə ehtiyacı var
Xing Qu: UNESCO-nun Azərbaycan kimi fəal ölkələrə ehtiyacı var
ANA SƏHİFƏ / SİYASƏT
05:08 31.08.2018

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov bu təşkilatın baş direktorunun yeni təyin olunmuş müavini Xing Qu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, A.Kərimov Azərbaycan-UNESCO münasibətləri haqqında məlumat verərək, 2017-ci ildə əlaqələrin 25 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirib. Azərbaycanın UNESCO-nun gənc üzvü olmasına baxmayaraq, qısa müddətdə onun ən fəal üzvlərindən birinə çevrildiyini, qurumun mədəniyyət, elm, təhsil və kommunikasiya kimi əsas fəaliyyət sahələrində uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırıb.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv olan Azərbaycanın milli və beynəlxalq səviyyədə mədəni irsin qorunması ilə bağlı fəaliyyəti və bu istiqamətdə verdiyi geniş töhfələrdən bəhs edilib.

Səfir, həmçinin 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi”nin irəli sürüldüyünü, hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan UNESCO-nun bir sıra layihələrini maliyyələşdirir.

A.Kərimov Azərbaycan-UNESCO əlaqələrinin yüksək səviyyəyə gəlib çatmasında ölkənin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi töhfələrinin olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da təşkilatla sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə, həmçinin UNESCO Baş direktorunun təşəbbüsü ilə aparılan islahatlar, təşkilatın siyasiləşdirilməsi təhlükəsi, quruma intellektualların və tanınmış elm xadimlərinin cəlb edilməsi, onun mədəniyyət, elm və təhsil vasitəsilə sülhə xidmət etməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş direktorun müavini X.Qu ölkəmizin UNESCO-nun vacib tərəfdaşı olduğunu qeyd edərək, münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, UNESCO-nun hazırkı qlobal çağırışlar dövründə Azərbaycan kimi fəal ölkələrə, onların təcrübə və tövsiyələrinə ehtiyacının olduğunu qeyd edib.

Anar Kərimov Baş direktorun müavini X.Quya Azərbaycan haqqında kitablar hədiyyə edib və onu ölkəmizə səfərə dəvət edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM