Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:52 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olunub
Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
05:08 31.08.2018

"VI Çin-Avrasiya" Sərgisi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Çinin Urumçi şəhərində keçirilən "VI Çin-Avrasiya" Sərgisində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarına sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən böyük maraq göstərilir.

Sərgi çərçivəsində Azərbaycan şərabının və digər spirtli içkilərin Çinə ixracına dair "Göygöl Şərab Zavodu" ASC və Çin şirkətləri arasında müzakirələr aparılıb, "Ayan" şirkəti ilə Azərbaycan limonadının ixracına dair razılığa gəlinib. Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair "Azərsun Holding" şirkəti ilə razılıq əldə olunub.

Bundan başqa, Çinin "İxlas" distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan "Konfiron" MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub. Çinin "Hans Zhou", "TIAN SHENG HOLDINGS", "BEIJING REVIEW" kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə "Azhazelnut" şirkəti arasında ixraca dair danışıqlar aparılıb.

Qeyd edək ki, avqustun 30-da Çinin Urumçi şəhərində başlayan "VI Çin-Avrasiya" Sərgisində Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM