Alternative content

05:46 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Ermənistanın sabiq müdafiə nazirini Yerevana verməyəcək
Rusiya Ermənistanın sabiq müdafiə nazirini Yerevana verməyəcək
ANA SƏHİFƏ / DÜNYA
05:08 31.08.2018

Yerevan 2008-ci il 1 mart hadisələri ilə bağlı MDB-nin dövlətlərarası axtarışına daxil edilən Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyanın ölkəyə təhvil verilməsi barədə Moskvaya rəsmi müraciət ünvanlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda müraciətlə bağlı məsələ Rusiyanın hüquq mühafizə orqanlarında müzakirə olunur. Mikael Arutyunyan 2002-ci ildən Rusiya vətəndaşı olduğu üçün ekstradisiyadan imtina olunması barədə ilkin qərar qəbul edilib.

RF konstitusiyasına əsasən, Rusiya cinayət məsuliyyətinə cəlb edilməsi üçün öz vətəndaşlarını xarici ölkələrə təhvil vermir.