Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planının icrası ilə əlaqədar hərbi hissələrdən birində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə polkovnik-leytenant Emin Səfərov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev şəxsi heyət qarşısında çıxış ediblər.
Milli mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən işlər, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, “Dini radikalizm və İslam dünyası” mövzularında çıxış edən C.Əliyev sonda hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb.