Alternative content

11:51 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri məlum olub
UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri məlum olub
ANA SƏHİFƏ / İDMAN
05:08 31.08.2018

Avqustun 31-də UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Monakoda keçirilən mərasimdə Avropanın 48 komandası hər birində 4 komanda olmaqla 12 qrupa bölünüb. "Qarabağ” klubu "Arsenal” (London, İngiltərə), "Sportinq” (Lissabon, Portuqaliya) və "Vorskla” (Poltava, Ukrayna) komandaları ilə birlikdə "E” qrupunda mübarizə aparacaq.

 

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

 

"A” qrupu: "Bayer” (Almaniya), "Lüdoqorets” (Bolqarıstan), "Sürix” (İsveçrə), AEK (Larnaka, Kipr).

"B” qrupu: "Zaltsburq” (Avstriya), "Seltik” (Şotlandiya), "Leypziq” (Almaniya), "Rusenborq” (Norveç).

"C” qrupu: "Zenit” (Rusiya), "Kopenhagen” (Danimarka), "Bordo” (Fransa), "Slaviya” (Praqa, Çexiya).

"D” qrupu: "Anderlext” (Belçika), "Fənərbağça” (Türkiyə), "Dinamo” (Zaqreb, Xorvatiya), "Spartak” (Trnava, Slovakiya).

"E” qrupu: "Arsenal” (London, İngiltərə), "Sportinq” (Lissabon, Portuqaliya), "Qarabağ” (Azərbaycan), "Vorskla” (Poltava, Ukrayna).

"F” qrupu: "Olimpiakos” (Yunanıstan), "Milan” (İtaliya), "Betis” (İspaniya), "Düdelanj” (Lüksemburq).

"G” qrupu: "Vilyarreal” (İspaniya), "Rapid” (Vyana, Avstriya), "Spartak” (Moskva, Rusiya), "Reyncers” (Şotlandiya).

"H” qrupu: "Latsio” (İtaliya), "Marsel” (Fransa), "Ayntraxt” (Frankfurt, Almaniya), "Apollon” (Kipr).

"İ” qrupu: "Beşiktaş” (Türkiyə), "Genk” (Belçika), "Malmö” (İsveç), "Sarpsborq” (Norveç).

"J” qrupu: "Sevilya” (İspaniya), "Krasnodar” (Rusiya), "Standard” (Lyej, Belçika), "Akhisar Belediyespor” (Türkiyə).

"K” qrupu: "Dinamo” (Kiyev, Ukrayna), "Astana” (Qazaxıstan), "Renn” (Fransa), "Yablonets” (Çexiya).

"L” qrupu: "Çelsi” (İngiltərə), PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), "Videoton” (Macarıstan).

 

Püşkatma mərasimindən əvvəl UEFA Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizman (hər ikisi "Atletiko”, İspaniya) və Dimitri Payet ("Marsel”, Fransa) mübarizə aparıblar. Bu nominasiyaya Fransa milli komandasının hücumçusu Antuan Qrizman layiq görülüb. Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı futbol səfiri Vəli Qasımovun da qatılması olub. 2018-2019-cu il mövsümündə Avropa Liqasının final qarşılaşması Bakıda keçiriləcəyi üçün veteran futbolçu püşkatma zamanı səhnədə olub.

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək.

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM