Alternative content

07:50 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Qazaxıstanda keçirilmiş beynəlxalq konfransda iştirak edib
Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Qazaxıstanda keçirilmiş beynəlxalq konfransda iştirak edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
05:08 31.08.2018

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti avqustun 28-dən 30-dək Qazaxıstan Respublikasının Konstitusiya Gününə həsr edilmiş “Konstitusiya: qanunun aliliyi, vətəndaş cəmiyyəti və müasir dövlət dəyərlərinin təcəssümü” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri Kayrat Maminin dəvəti ilə Astana şəhərində səfərdə olub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin konfrans iştirakçılarına ünvanlanan məktubu səsləndirilib.

Konfransın praktiki hissəsində konstitusiya islahatları konstitusiya inkişafının əsası, konstitusiya ədalət mühakiməsinin təyinatı, konstitusiya şikayəti vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üçün mühüm vasitə kimi və digər məsələlərə dair çıxışlar edilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə Avropa Şurası Venesiya Komissiyasının məsul şəxsləri, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Bolqarıstan, Latviya, Belarus, Gürcüstan, Almaniya, İordaniya, Əlcəzair və digər ölkələrin Konstitusiya Məhkəmələrinin nümayəndələri və elm xadimləri iştirak ediblər.

Konfransda çıxış edən sədr Fərhad Abdullayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi son qərarlardan danışıb, ölkəmizdə aparılmış konstitusiya-hüquq islahatlarının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini Prezident iqamətgahında qəbul edib.

Səfər zamanı Qazaxıstan Konstitusiya Şurasının sədr və üzvləri ilə görüşlər keçirilib, hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM