Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:32 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sentyabr ayında hava şəraitinin normaya yaxın olacağı gözlənilir
Sentyabr ayında hava şəraitinin normaya yaxın olacağı gözlənilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 31.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayına olan hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən məlumata görə, gələn ay havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Sentyabrın birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, mülayim şimal-şərq küləyinin üstünlük təşkil edəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33 dərəcə isti) olacağı gözlənilir ki, bu da normaya yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının 12-23 mm olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 16-21, ayın sonunda 10-13, gündüzlər 25-30, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da normaya yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının 7-13 mm olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 10-15, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı proqnozlaşdırılır ki, bu da aylıq normaya yaxındır.

Aylıq yağıntının miqdarının 34-50 mm olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 32-24 dərəcə isti) olacağı bildirilir ki, bu da normaya yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının 17-44 mm olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti (gecələr 14-19, ayın sonunda 5-10, gündüzlər 20-25, bəzi günlərdə 28-31dərəcə isti) olacağı proqnozlaşdırılır ki, bu da aylıq normaya yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının 33-120 mm olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da normaya yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının 14-38 mm olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, dağlarda 8-13, gündüzlər 23-28, bəzi günlərdə 30-33 dərəcə isti) olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 50-199 mm) olacağı proqnozlaşdırılır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM