Alternative content

16:57 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Osteoporoz - yaranma səbəbləri və fəsadları
Osteoporoz - yaranma səbəbləri və fəsadları
ANA SƏHİFƏ / Səhiyyə
02:08 31.08.2018

Osteoporoz skeletin metobolik xəstəlik olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir.

Osteoporozun baş vermə səbəbləri nələrdir?

AZƏRTAC Azərbaycan Tibb Universitetinə istinadən xəbər verir ki, sümüyün normal inkişafı üçün Ca, P, mikroelementlər, zülallar, vitaminlər kifayət qədər olmalıdır. Əgər uşaq bətndaxili dövrdə bunları ala bilmirsə, gələcəkdə onda osteoporoz inkişaf edə bilər.

Sümük toxumasının əsas hissəsi, təxminən 85 faizi uşaqlıq və gənclikdə toplanır. 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra sümük kütləsi azalmağa başlayır. Bu azalma kişilərdə ildə 0,5 faiz, qadınlarda isə 4 faizlə özünü büruzə verir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Bu hal hamıda baş verir, lakin bəzilərində daha qabarıq şəkil alır. Qadınlarda 40-45 yaşlara qədər, yəni menopauzaya qədər sümüklərin möhkəmliyini estrogenlər (cinsi hormonlar) qoruyub saxlayır, lakin sonra onların ifrazı azaldığından sümük kütləsi də azalmağa başlayır.

Menopauzanın ilk beş ilində bu proses daha intensiv gedir. Cərrahiyyə əməliyyatları vasitəsilə yumurtalıqların çıxarılması, hormonal müalicə aparılması qadınlarda menopauzanın erkən başlanması riskini yüksəldir. Estragenlər isə qalxanvarı ətraf vəzi hormonunun antaqonistidir. Bu hormon qanda Kalsiyum artırır və bu hormon artdıqca sümüklərdən Ca-un çıxması baş verir. Hamiləlik (çoxsaylı doğuş) və laktasiya (süd vermə) dövründə qadınlar daha çox Ca itirirlər. Risk yaşla əlaqədar olaraq artır. 50 yaşdan sonra xəstəliyə düçar olma riski daha yüksəkdir, yayılma sürətinə görə isə ürək-damar xəstəliyi və süd vəzisinin xərçəngi ilə bir cərgədə durur.

Genetik meyllik, menopauzanın erkən baş verməsi risk amillərinə aiddir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM