31 Avqust 2018 12:08
558
Mədəniyyət
A- A+

Əbülfəs Qarayev Qax və Zaqatalada mədəniyyət müəssisələrinin və tarixi tikililərin vəziyyəti ilə tanış olub

Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala və Qax rayonlarında bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Qarayev əvvəlcə Zaqatala rayon Heydər Əliyev Mərkəzində olub. Nazirə məlumat verilib ki, binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya yaradılıb. Burada Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotoşəkillər və digər sənədlər nümayiş olunur. Ekspozisiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Zaqatala rayonuna səfərləri zamanı çəkilmiş fotoşəkillər də nümayiş etdirilir. Mərkəzdə fəaliyyət göstərən dərnəklər haqqında da nazirə məlumat verilib.

Daha sonra nazir Zaqatala Rayon Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Bildirilib ki, 1989-cu ildən fəaliyyət göstərən qalereya 2009-cu ildən Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Qalereyanın ekspozisiyasında 40-dan çox rəsm əsəri, həmçinin məktəblilərin əl işləri nümayiş etdirilir. Daimi fondda olan 127 əsərlə yanaşı, rayon rəssamlarının əl işləri, rəsm əsərləri əlamətdar günlər, bayramlar zamanı səyyar sərgilər vasitəsilə şəhərin park və meydanlarında da ictimaiyyətə təqdim olunur.

Mədəniyyət mərkəzi ilə tanışlıq zamanı burada əhaliyə göstərilən xidmət barədə nazirə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə tarixi və əlamətdar günlər münasibətilə, həmçinin folklor, sənətkarlıq, diyarşünaslıq profillərinə uyğun tədbirlər keçirilir.

Nazir Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Bildirilib ki, bu muzey 1967-ci ildə təşkil olunub. Ekspozisiyada qədim dövrdən bu günümüzədək rayonun tarixini, mədəniyyətini, məişətini və s. əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeydə müxtəlif dövrlərdə sənətkarlar tərəfindən hazırlanmış məişət əşyaları da toplanıb. Bu əşyalar sırasına dulusçuluq sənəti nümunələri, ağac və müxtəlif materiallardan hazırlanmış məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, metaldan düzəldilən bəzək əşyaları, müxtəlif dövrlərə aid geyim nümunələri və silahlar daxildir. Daha sonra bu rayondakı uşaq incəsənət məktəbinə gələn mədəniyyət naziri təhsil ocağının maddi-texniki vəziyyəti ilə maraqlanıb.

Eyni zamanda, Ə.Qarayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə birgə rayondakı bəzi mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə də tanış olub.

İlk tanışlıq Qax şəhər məscidindən başlayıb. XIX əsrdə inşa olunmuş məscid binasında bir neçə il öncə bərpa işləri həyata keçirilib. Bina formaca dördbucaqlıdır. Dam örtüyü qırmızı kirəmitlə işlənib. Minarəsi dəyirmi formada olub bişmiş kərpicdən inşa edilib. Hündürlüyü 16 metrdir.

Ə.Qarayev və rayon icra hakimiyyətinin başçısı daha sonra Bayraq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, muzeyin yerləşdiyi kompleksin ərazisi üç hektardır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında tarixi Azərbaycan dövlətlərinin bayraqlarına və digər atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir.

Nazir hər iki rayonda mədəniyyət müəssisələri və abidlərin fəaliyyətinin daha da gücləndirilməsi üçün tapşırıq və tövsiyələrini verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video